...

GUAM-ın ilk baş katibi Gürcüstan nümayəndəsi olacaq

Siyasət Materials 7 Sentyabr 2006 18:49 (UTC +04:00)

"Demokratiya və iqtisadi inkişaf naminə təşkilat -GUAM" -ın ilk baş katibi vəzifəsinə Gürcüstan nümayəndəsinin seçiləcəyi güman edilir. Bu barədə Trend ə diplomatik mənbələrdən məlumat verilib.

Mənbədən verilən məlumata görə, GUAM-ın ilk baş katibi sentyabrın 24-də Nyu-Yorkda təşkilatın üzv-ölkələrinin - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın XİN başçıları - Gela Bejuaşvili, Boris Tarasyuk, Elmar Məmmədyarov və Nikolaye Dudeunun görüşündə seçiləcək.

GUAM-ı mükəmməl beynəlxalq təşkilata çevirmək barədə təşkilatın üzv-ölkələrinin niyyəti ilə bağlı baş katibin seçilməsi məsələsi gündəliyə daxil olub. Nyu-Yorkdakı görüşə hazırlıq görmək üçün GUAM-ın milli koordinatorları sentyabrın 14-15-də Kiyevdə toplaşacaqlar.

Xatırladaq ki, təşkilatın son Kiyev sammitində GUAM regional təşkilatdan "Demokratiya və iqtisadi inkişaf naminə təşkilat -GUAM" adlı beynəlxalq təşkilata çevrilib.

Xəbər lenti

Xəbər lenti