...

Bakıda Güney Azərbaycana həsr olunmuş Beynəlxalq Forum keçirilir

Siyasət Materials 12 Sentyabr 2006 12:25 (UTC +04:00)

Sentyabrın 12-də Bakıdakı Avropa otelində "Güney Azərbaycan Milli Hərakatına həsr olunmuş Forum" öz işinə başlayıb. Trend in məlumatına görə, saat 11:00-də işinə başlayan Forumda Güney Azərbaycandan olan nümayəndələr, Azərbaycan Respublikasından ictimayi , siyasi qurumların rəhbərləri, ziyalılar, diplomatik korpusun nümayəndələri, dünyanın müxtəlif ölkələrdəki diaspor təşkilatların nümayəndələri və digər qonaqlar iştirak edirlər. Forum Azərbaycan himninin səslənməsi ilə başlanıb.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov açılış nitqi ilə çıxış edərək Güney Azərbaycandakı Milli Oyanış Hərəkatı haqqında danışaraq qeyd edib Ki, Güneydə gedən Milli Hərəkatın bu günkü mərhələsi azərbaycanlıların bir millət kimi bütün hüquqlarının əlindən alınmasının nəticəsidir. Güney Azerbaycanlıların içtimayi, siyasi, mədəni hüquqlarının əllərindən alındığını deyən Etibar Məmmədov uzun illər boyu buna etiraz olaraq dəfələrlə Güney Azərbaycanda Milli Azadlıq Hərəkatı başlandığını, hətta soydaşlarımızın öz milli hökümətlərini qurmalarına qədər yüksəldiyini xatırladıb. "Təəssüf ki, tarix boyu beynəlxalq qüvvələrin bir-biri ilə toqquşması, xarici dövlətlərin İranda hakimiyyətdə olan rejimlərə dəstək verməsi azərbaycanlıların milli hərəkatının uğurlu nəticə verməsinə mane olub. Lakin buna baxmayaraq cənublu soydaşlarımız bütün dünyadakı azərbaycanlıları ayağa qaldırırlar", - deyə E.Məmmədov vurğulayıb.

Sonra Güney Azərbaycan Milli Hərəkatına həsr olunmuş film nümayiş etdirilib. Filmdə Güney Azərbaycanda keçirilmiş etiraz aksiyalarından, rejim qüvvələri tərəfindən soydaşlarımıza fiziki təzyiq, zorakır göstərilməsini əks etdirən kadrlar ümumiləşdirilib.

Filmin nümayişindən sonra Güney Azərbaycana yönəlik Azərbaycan Strateji Araşdarmalırı Mərkəzinin eksperti Sabit İsabəyli "Güney Azərbaycan Hərəkatı" mövzusunda məruzə edib. Məruzəçi Güney Azərbaycan Milli Hərəkat fəallarına göstərən təzyiqlər, repressiyalar, işgəncələr barədə toplanmış məlumatları Forum iştirakçıların diqqətinə çatdırıb.Onun sözlərinə görə, bu il keçirilmiş etiraz aksiyalarda 15 mindən çox azərbaycanlı həbs olunub, onlara qarşı qondarma cinayət işləri açılıb, həbsxanalarda ən ağır formada işgəncələr verilib. Milli Hərakat fəallarına qarşı təqib və işgəncələri, zorakırıqları əks etdirən kadrlar ekranda nümayiş etdirilib.

Məruzədə Güney Azərbaycanlıların İranın hüquq-mühafizə, milli təhlükəsizlik orqanları, məhkəmələri və digər güc strukturları tərəfindən azərbaycanlılara edilən fiziki, mənəvi, psixoloji zorakırlıqlar, təhdid və təqiblər, amansız rəftarlar, milli hərəkatçıların izinin itirilməsi üçün həyata keçirilən saxta tədbirlər barədə danışılıb, bu işlərlə bağlı konkret faktlar göstərilib. Milli hərəkatçıların məhkəmələri, həbsdə olanların ailələrinin ağır durumu, məhbusların ailələri ilə görüşməsinə imkan verilməməsi və digər repressiv, qeyri-insani hərəkətlar barədə məlumat verilib.

Forum işini davam etdirir.

Xəbər lenti

Xəbər lenti