...

Bakıda illik "Mərkəzi Avrasiya" analitik jurnalının təqdimatı keçiriləcək

Siyasət Materials 15 Sentyabr 2006 15:42 (UTC +04:00)

Sentyabrın 15-də illik "Mərkəzi Avrasiya" analitik jurnalı və "Qafqaz və Qloballaşma" sosial-siyasi və iqtisadi araşdırmalar jurnalının ilk sayının təqdimatı keçiriləcək. Bu barədə Trend ə Qafqaz Strateji Araşdırmalar İnstitutunun direktoru Eldar İsmayılov məlumat verib.

Onun sözlərinə görə, "Mərkəzi Avrasiya" jurnalında dərc olunmuş materiallar Mərkəzi Avrasiya ölkələrinin sosial-siyasi, iqtisadi, dini və beynəlxalq həyatının ümumi xarakteristikasına və təhlilinə həsr olunub.

"Qafqaz və Qloballaşma" jurnalı ingilis və rus dillərində nəşr olunacaq. Bu məcmuənin ideyası alim və mütəxəssislərə onların Qafqaz regionunun qloballaşma prosesləri ilə qarşılıqlı əlaqədə siyasi, iqtisadi, hüquqi və sosial problemlər üzrə araşdırmalarının nəticələrini dərc etmək imkanı yaratmaqdan ibarətdir.

Xəbər lenti

Xəbər lenti