...

Demokratik qüvvələrin birləşməsi istiqamətində məsləhətləşmələr aparılır

Siyasət Materials 26 Sentyabr 2006 12:28 (UTC +04:00)

Demokratik qüvvələrin bir araya gətirilməsi istiqamətində məsləhətləşmələr aparılır. Bu barədə Trend ə müxalifətyönlü Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.

O qeyd edib ki, demokratik qüvvələrin bir arada olmasına indi böyük ehtiyac var: "Bəzi müxalif partiyalar bu danışıqların aparılmasına razılıq veriblər. Ancaq proses həddən artıq yavaş aparılır ki, heç bir partiya kənarda qalmasın". Partiya sədri gələcəkdə bu birləşmənin hansı ad altında fəaliyyət göstərəcəyi barədə indidən heç nə deməyəcəyini bildirib. Qeyd edib ki, onlar blok şəklində birləşməyəcəklər: "Bu birləşmə yalnız məsləhətləşmə xarakteri daşıyacaq. Burada hansı şəkildə fəaliyyət göstərməyin mümkünlüyü müzakirə olunacaq. Sonradan ad barədə fikirləşmək olar".

Partiya sədri danışıqlarda iştirak edən partiyaların da adlarını çəkməyib.

Qeyd edək ki, Azadlıq Partiyası 1995-ci ildə yaradılıb. 2005-ci ildə isə Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Partiyanın iki qurultayında Əhməd Oruc sədr seçilib.

Xəbər lenti

Xəbər lenti