...

Azərbaycan parlamentinin spikeri Babi Yar qurbanlarının xatirəsini yad edib

Siyasət Materials 27 Sentyabr 2006 19:04 (UTC +04:00)

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov çərşənbə axşamı digər ölkələrin rəhbərləri ilə birgə Kiyevdə Babiy Yar qurbanlarının xatirəsini yad edib. Trend in Kiyevdəki xüsusi müxbiri xəbər verir ki, Ukrayna prezidenti mətbuat xidmətinin məlumatına görə, faciənin 65-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində ölkə rəhbərləri və digər dəvət olunmuş şəxslər Babi Yar qurbanlarının memorialında əbədi xatirə şamları yandırıblar.

Ukrayna tərəfdən mərasimdə prezident Viktor Yuşenko həyat yoldaşı Yekaterina Yuşenko ilə birgə, Ali Radanın sədri Aleksandr Moroz, baş nazir Viktor Yanukoviç, hökümət üzvləri, xalq deputatları, dini və ictimai təşkilatların nümayəndələri iştirak edib.

Dəvət olunanlar arasında həmçinin İsrail prezidenti Moşe Katsav xanımı ilə, Xorvatiya prezidenti Stepan Mesiç, Çernoqoriya prezidenti Filip Vuyanoviç öz xanımı ilə iştirak edib.

Həmçinin Rusiya Federal yığıncağının Federasiya Şurasının sədri Sergey Mironov, Litva Seyminin sədr müavini Vidas Qyadvilas, Bolqarıstan baş nazirinin müavini Emel Etem, Slovakiya baş nazirinin müavini Duşan Çaploviç də abidənin üzərinə şam qoyub.

Belçika, Böyük Britaniya, Kipr, Niderland, Macarıstan, Finlyandiya, Fransa, Gürcüstan, Polşa, ABŞ hökümətlərinin nümayəndələri də Babi Yar qurbanlarının xatirəsini yad etmək üçün gəliblər.

Mərasim iştirakçıları həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib. Sonra müxtəlif dini konfessiyaların nümayəndələri Babi Yar qurbanlarına dua oxuyublar.

Xəbər lenti

Xəbər lenti