...

Enn Ders: "Amerika Birləşmiş Ştatları Azərbaycanda demokratik proseslərin inkişafına böyük əhəmiyyət verir"

Siyasət Materials 2 Oktyabr 2006 13:16 (UTC +04:00)
Enn Ders: "Amerika Birləşmiş Ştatları Azərbaycanda demokratik proseslərin inkişafına böyük əhəmiyyət verir"

Amerika Birləşmiş Ştatları Azərbaycanda aparılan demokratik proseslərin inkişafına böyük əhəmiyyət verir. Trend xəbər verir ki, bu barədə Milli Məclisin payız sessiyasının açılışında iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders jurnalistlərə bildirib.

Səfir qeyd edib ki, Milli Məclisin payız sessiyasının açılışında iştirak etdiyinə görə şərəf duyur: " Azərbaycanın demokratik islahatları üçün MM - in güclü, müstəqil və şəffaf qurum olması mühüm amildir. Qanunvericiliyin şəffaflığı naminə hər bir millət vəkilinin fəaliyyəti böyük təsirə malikdir. Mən millət vəkillərini öz vəzifələrini tam ciddiliklə yerinə yetirməyə və seçicilərinin qarşısında məsuliyyətli olmağa çağırıram. Seçicilərlə daim əlaqələrin qurulması bu məsuliyətin əsasıdır".

Xəbər lenti

Xəbər lenti