Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın qərargahında ATƏT-in nümayəndələri Kamen İvanov və Berit Lindermanla görüşüb. Bu barədə Trend ə Müsavat Partiyasından məlumat verilib.
Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, demokratiya və insan haqları sahəsindəki durum, eləcə də son vaxtlar azad mətbuata qarşı yönələn təzyiq və repressiyalar əsas müzakirə mövzusu olub. Görüş zamanı həmçinin ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyəti də müzakirə olunub.