...

AŞPA-nın payız sessiyasında milli azlıqların hüquqlarının müdafiəsinə dair çərçivə konvensiyası müzakirə olunacaq

Siyasət Materials 4 Oktyabr 2006 13:28 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında milli azlıqların hüquqlarının müdafiəsinə dair çərçivə konvensiyası müzakirə olunacaq. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva bildirib.

Q.Paşayeva bildirib ki, Azərbaycan daxil olmaqla Avropa Şurasına üzv olan 46 ölkədən 36-ı bu konvensiyanı ratifikasiya edib. 4 ölkə sənədi imzalasa da ratifikasiya etməyib, 4-ü isə bundan tamamilə imtina edib. Məsələnin müzakirəsi zamanı nümayəndə heyətimizin də üzvləri çıxışlar edəcək: "Vurğulanacaq ki, Azərbaycanda milli azlıqlarla bağlı heç bir problem yoxdur. Bu konvensiyanın özünə yenidən nəzər salmaq lazımdır. Çünki 36 ölkənin əksəriyyəti konvensiyanı şərtlərlə imzalayıb. Çox az ölkə sənədi şərtsiz imzalayıb ki, onlarda da milli azlıqlar yoxdur".

Q.Paşayeva bildirib ki, məsələnin müzakirəsində bu hüquqları Azərbaycanın bir vaxtlar Dağlıq Qarabağda yaşayan ermənilərə verdiyi vurğulanacaq: "Bildirəcəyik ki, onlar ana dilində yazıb-oxumaq, təhsil almaq hüququna malik idi, KİV-ləri var idi və s. Amma bundan sonra onlar Ermənistan dövlətinin və xaricdəki erməni diasporlarının dəstəyi ilə silahlanaraq Azərbaycanın torpağı olan Dağlıq Qarabağda etinik təmizləmə siyasəti həyata keçirdilər".

Millət vəkili qeyd edib ki, məsələnin müzakirəsində Azərbaycanın bu konvensiyanı dəstəklədiyi vurğulanacaq. Lakin Avropa Şurasına üzv olan dövlətlərdən bir məsələyə diqqətlə yanaşmaq tövsiyyə olunacaq ki, heç zaman separtçı və terrorçuların milli azlıq pərdəsi altında gizlənməsinə də yol verilməsin.

Xəbər lenti

Xəbər lenti