...

Avropa Şurası ekspertləri Azərbaycandakı bələdiyyə seçkilərində apardıqları müşahidələrin nəticələrini açıqlayıblar

Siyasət Materials 7 Oktyabr 2006 16:25 (UTC +04:00)
Avropa Şurası ekspertləri Azərbaycandakı bələdiyyə seçkilərində apardıqları müşahidələrin nəticələrini açıqlayıblar

Keçən 2004-cü il seçkilərinin nəticələri ilə müqayisədə oktyabrın 6-da Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərində irəliləyişlər var. Trend in xəbər verdiyi kimi, bu barədə oktyabrın 7-də keçirilmiş mətbuat konfransında Avropa Şurasının Yerli və Regional Hakimiyyət Konqressinin müşahidəçilər missiyasının başçısı Lyudmila Sfirloaqa bəyan edib.

Onun sözlərinə görə, qeyd olunan irəliləyişlər seçkilərin keçirilməsinin texniki tərəfinə aiddir. Bütövlükdə isə, qutulardan çıxarılmış səslərin seçici siyahıları ilə üst-üstə düşməməsi ilə bağlı pozuntular aşkarlanıb. "Ailəvi səsvermə", "kabinələrdə bilavasitə səsvermə zamanı hədsiz kömək" və sairə kimi hallara da rast gəlinib. Səsvermə yerli qanunvericilik çərçivəsində baş tutub, amma yerinə yetirilməyən öhdəliklər də olub, - deyə L.Sfirloaqa əlavə edib.

Müşahidəçilər həmçinin seçki kampaniyasının dinamik olmamasını, seçkilərdə əsas müxalifət partiyalarının iştirak etməməsini, qadın namizədlərin az olmasını və ya heç olmamasını, seçici fəallığının aşağı səviyyəsini də qeyd ediblər. Bununla əlaqədar olaraq, ekspertlər hesab edirlər ki, ölkə hökuməti ilə birgə seçki prosesinə cəlb olunmuş şəxslər üçün xüsusi treninqlərin keçirilməsi zəruridir.

L.Sfirloaqa bildirib ki, ətraflı hesabat hazırlanaraq baxılmaq üçün Konqşresin Bürosuna təqdim olunacaq və bundan sonra Azərbaycan hökumətinə tövsiyələr təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti