Gürcüstanın iqtisadiyyat naziri İrakli Çoqovadze oktyabrın 12-də Bakıya gələcək. Bu barədə Trend ə Gürcüstanın Bakıdakı səfirliyindən məlumat verilib.
Səfərdə məqsəd Azərbaycan, Türkiyə və Gürcüstan arasında Qars-Axalkalaki-Bakı dəmiryol magistralının inşası layihəsi ilə bağlı üçtərəfli məsləhətləşmələrdə iştirak etməkdən ibarətdir. Danışıqların oktyabrın 13-də Azərbaycanın Nəqliyyat Nazirliyində aparılması nəzərdə tutulub.
Gürcüstanın iqtisadiyyat nazirinin səfəri oktyabrın 14-də başa çatacaq.