...

MDB sammiti noyabrın sonuna keçirilib

Siyasət Materials 10 Oktyabr 2006 14:45 (UTC +04:00)
MDB sammiti noyabrın sonuna keçirilib

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası noyabrın sonuna keçirilib. Bu barədə Trend ə eksklüziv olaraq MDB İcraiyyə Komitəsinin təşkilat departamentinin direktoru Vladimir Buyanov məlumat verib.

Onun sözlərinə görə, Hökumət Başçıları Şurası (HBŞ) və Dövlət Başçıları Şurası (DBŞ) iclaslarının tarixlərinin oktyabrdan noyabra keçirilməsi ilə bağlı məlumat MDB-yə üzv olan bütün ölkələrin Xarici İşlər nazirliklərinə göndərilib. Beləliklə, oktyabrın 16-na təyin olunmuş HBŞ iclası noyabrın ortalarına, sammit isə noyabrın sonuna keçirilib.

Eyni zamanda, oktyabrın 16-na nəzərdə tutulmuş MDB Xarici İşlər Nazirləri Şurasının iclası təyin olunmuş vaxtda baş tutacaq.

Xəbər lenti

Xəbər lenti