...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransaya səfər edəcək

Siyasət Materials 16 Oktyabr 2006 13:46 (UTC +04:00)
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransaya səfər edəcək

Oktyabrın 16-da YUNESKO-nun 60 illiyi çərçivəsində Parisdə "Azərbaycan mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində" adlı Azərbaycan həftəsi başlayıb. Bu barədə Trend ə eksklüziv olaraq ölkənin YUNESKO-dakı daimi nümayəndəsi Eleonora Hüseynova məlumat verib.

Təşkilatın yubileyi ilə əlaqədar 60 mövzu həftəsinin keçirilməsi qərara alınıb və 58-ci həftə Azərbaycana həsr olunub. Tədbirlər "Sivilizasiyalar arasında dialoq" mövzu həftəsi çərçivəsində təşkil olunub.

Həftə YUNESKO-nun mənzil qərargahının sərgi salonlarından birində Azərbaycana həsr olunmuş foto sərginin açılması ilə başlayıb. Tədbirlər proqramına Azərbaycanın incəsənət ustalarının iştirakı ilə qala-konsert də daxildir.

"Bu təntənəli mərasimdə iştirak etmək üçün oktyabrın 17-də Azərbaycan nümayəndə heyəti Parisə yola düşəcək. Nümayəndə heyətinə YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva rəhbərlik edir" - deyə E.Hüseynova qeyd edib.

Oktyabrın 19-da qala-konsert keçiriləcək.

Xəbər lenti

Xəbər lenti