...

Qarabağ müharibəsi iştirakçıları Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirib

Siyasət Materials 16 Oktyabr 2006 17:14 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatı (QAT), Qarabağ Qazilər Birliyi və Iətən Müharibəsi Ieteranlar Birliyinin təşəbbüsü ilə oktyabrın 16-da Fransanın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Trend in məlumatına görə, razılaşdırılmamış aksiyanın qarşısı alınsa da, piketin qətnaməni səfirliyə təqdim olunub.

Qətnamə təqdim edildikdən sonra aksiya iştirakçıları səfirliyin binasını yumurta, pomidor və badımcan atəşinə tutublar. Piket zamanı 18 nəfər saxlanılaraq polis bölməsinə aparılıb, lakin əksəriyyəti sonradan sərbəst buraxılıblar. 3 nəfər (Nemət Şahverdiyev, Emil Nəsibov, Ilqar Iskəndərov) isə hələ də Səbayıl rayon polis idarəsinin 39-cu bölməsində saxlanılırlar. Qeyd edək ki, aksiyanın dağıdılması zamanı piket iştirakçılarından 2 nəfər xəsarət alıb.

Piketin təşkilatçıları Fransa parlamentinin qəbul etdiyi qanun dərhal ləğv edilməli, Fransa prezidenti və parlamentinin rəhbərinin Azərbaycan və Türkiyə xalqlarından üzr istəməsini, Fransanın Azərbaycandakı səfirliyinin fəaliyyəti dayandırılmasını, bu ölkəni Minsk Qrupu həmsədrliyindən kənarlaşdırılmasını tələb ediblər.

Xəbər lenti

Xəbər lenti