...

Oleq Bilorus: Azərbaycan və Ukrayna arasında münasibətlər yüksək səviyyədədir

Siyasət Materials 27 Oktyabr 2006 16:52 (UTC +04:00)

"Azərbaycan və Ukrayna arasında münasibətlər yüksək səviyyədədir". Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən Trend ə verilən məlumata görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Ukrayna Ali Radasının xarici işlər üzrə Komitə sədrinin müavini Oleq Bilorusla görüşündə bəyan edib.

İki dövlətin maraqlarının siyasi müstəvidə bir sıra sahələrdə üst-üstə düşdüyünü bildirən nazir beynəlxalq forumlarda, GUAM çərçivəsində ikitərəfli etimadın yarandığını nəzərə çatdırıb. E.Məmmədyarov beynəlxalq ictimaiyyətin Azərbaycan torpaqlarının işğalına və ölkəmizdə mövcud olan qaçqınların probleminə diqqətinin artırılmasının vacibliyini qeyd edib.

Görüş zamanı regionda həyata keçirilən irimiqyaslı iqtisadi, infrastruktur layihələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti