...

Azərbaycan GUAM Gənclər Təşkilatının yaradılması istiqamətində danışıqlar aparır

Siyasət Materials 30 Oktyabr 2006 15:26 (UTC +04:00)

Azərbaycan "GUAM - demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat"a üzv ölkələrlə GUAM Gənclər Təşkilatının yaradılması istiqamətində danışıqlar aparır.

Bu barədə Trend ə Azərbaycanın Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Təşkilata üzv iki ölkə - Moldova və Azərbaycan bu ideyanı dəstəkləyir. Ukrayna isə bu məsələyə baxmaqda davam edir.

Nazirlikdən bildirilib ki, Gürüstanla GUAM Gənclər Təşkilatının yaradılması ideyası mədəniyyət, gənclər və idman naziri Giorgi Qabaşvilinin hazırkı səfəri zamanı müzakirə olunacaq. Günün ikinci yarısında Q.Qabaşvili Azərbaycanın idman və gənclər naziri Azad Rəhimovla görüşəcək.

Xəbər lenti

Xəbər lenti