...

MSK əməkdaşı ATƏT-in beynəlxalq müşahidəçilər üçün keçirdiyi treninqdə iştirak edəcək

Siyasət Materials 14 Noyabr 2006 17:25 (UTC +04:00)

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndəsi ATƏT-in beynəlxalq müşahidəçilər üçün təşkil etdiyi beynəlxalq treninqdə iştirak edəcək. Bu barədə Trend ə MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

O bildirib ki, ATƏT beynəlxalq müşqahidəçilər üçün Bişkek şəhərində treninqlər təşkil edəcək. Treninqlər noyabrın 22-də başlayacaq və 3 gün davam edəcək. Treninqlərdə ATƏT-in ekspertləri beynəlxalq müşahidəçiliklə bağlı məruzələr edəcəklər. Azərbaycanın Mərkəzi Seçki Komissiyasına da dəvət gəlib və bu treninqdə MSK-nın beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti