...

Bakıda MDB-yə üzv dövlətlərin daxili işlər nazirliklərinin kadr aparıcı rəhbərlərinin ikigünlük iclası başa çatıb

Siyasət Materials 17 Noyabr 2006 21:54 (UTC +04:00)

Noyabrın 17-də Bakıda MDB-yə üzv dövlətlərin daxili işlər nazirliklərinin kadr aparıcı rəhbərlərinin 4-cü Bakı görüşü başa çatıb. Bu barədə Trend ə Azərbaycanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İkigünlük iclasda daxili işlər nazirlikləri arasında əməkdaşlıq, terrorizmə qarşı mübarizə və s. məsələrlə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, müşavirənin gündəliyinə kadr potensialının təkmilləşdirilməsi, kadrların təlimi, peşə hazırlığı sahəsində təşkilati-praktiki tədbirlər və vəzifələr, daxili işlər orqanlarında (polisdə) insan hüquqlarına dönmədən riayət edilməsi və demokratik meyillərin bərqərar olması, elmi kadrlar hazırlanması və cinayətkarlıqla mübarizənin müxtəlif istiqamətləri üzrə birgə elmi tədqiqatların təşkili sahəsində əməkdaşlığın möhkəmləndirilməsi kimi məsələlər daxil edilmişdi.

Xəbər lenti

Xəbər lenti