...

Oqtay Əsədov: QİƏT PA-nın növbəti iclası məhsuldar olacaq

Siyasət Materials 22 Noyabr 2006 13:35 (UTC +04:00)
Oqtay Əsədov: QİƏT PA-nın növbəti iclası məhsuldar olacaq

"Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti iclası yüksək səviyyədə keçəcək". Trend in xəbər verdiyi kimi, bu barədə noyabrın 22-də Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov bəyan edib.

O qeyd edib ki, Bakıya dünyanın müxtəlif ölkələrinin parlamentlərinin, o cümlədən beynəlxalq təşkilatların 80-nə yaxın nümayəndəsi gəlib və QİƏT PA-nın iclası kifayət qədər məhsuldar olacaq", - deyə o vurğulayıb.

Spiker əlavə edib ki, nümayəndə heyətləri Azərbaycanla tanış və ölkənin inkişafının şahidi olub. O.Əsədov onların hər biri ilə ayrılıqda görüşəcək.

Xəbər lenti

Xəbər lenti