...

Azərbaycanın XİN başçısı Brüsselə yola düşəcək

Siyasət Materials 1 Dekabr 2006 13:15 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 2-də Brüsselə yola düşmək niyyətindədir. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat mərkəzindən məlumat verilib.

Səfərin məqsədi dekabrın 4-5-də ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının toplantısında iştirak etməkdir.

Brüssel səfəri çərçivəsində nazirin bir sıra görüşləri planlaşdırılır. Onlara erməni həmkarı Vardan Oskanyanla məsləhətləşmələrin növbəti raundu, eləcə də ATƏT Minsk qrupunun həmsədrləri ilə görüşlər də daxildir.

Xəbər lenti

Xəbər lenti