...

İsa Qəmbər: "Müsavat Partiyası Mərkəzi Seçki Komissiyasına nümayəndə göndərmədikdən sonra MSK-da müxalifət təmsilçiləri olmayacaq"

Siyasət Materials 8 Dekabr 2006 15:10 (UTC +04:00)

"Müsavat Partiyası Mərkəzi Seçki Komissiyasına nümayəndə göndərməkdən imtina etdikdən sonra MSK-da müxalifət təmsilçiləri olmayacaq". Bu fikirləri Trend ə açıqlamasında Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib.

Qeyd edək ki, Seçki Məcəlləsinin tələblərinə əsasən, MSK parlamentin tərkibi əsasında formalaşdırılır. Hazıda MSK üzvlüyünə boş qalmış 6 yerə parlamentdə azlıqda olan siyasi partiyaların nümayəndələri seçilir.

İsa Qəmbər qeyd edib ki, Müsavat Partiyası seçki komissiyalarının paritet əsasda formalaşmasının tərəfdarıdır və bu, partiyanın prinsipial mövqeyidir. İsa Qəmbər xatırladıb ki, MSK-ya nümayəndə göndərməklə bağlı Milli Məclisdən rəsmi müraciət daxil olanda Müsavat Partiyası da cavab məktubu göndərib, öz mövqeyini açıqlayıb: "Seçki komissiyaları ilə əlaqədar hazırda Avropa Şurası Venesiya Komissiya ilə müzakirələr aparılır. Hesab edirik ki, bu addım atılmalı və seçki komissiyaları yenidən təşkil olunmalıdır. Bun görə də Müsavat Partiyası MSK-nın indiki qaydada formalaşdırılmasında iştirakdan imtina edib. Bu, bizim qəti qərarımızdır".

Müsavat başqanı əlavə edib ki, əgər Azərbaycan hökuməti ilə Venesiya Komissiyası arasında danışıqların nəticəsi kimi Seçki Məcəlləsinə hər hansı dəyişiklik edilərsə, Müsavat Partiyası bunu müzakiə edib öz qərarını verəcək.

İsa Qəmbər digər müxalifət partiyalarının artıq MSK-ya öz nümayəndələrini göndərməsinə də münasibətini bildirib: "Müsavat Partiyası MSK-da təmsil olunmaqdan imtina etdikdən sonra MSK-da müxalifət təmsilçiləri olmayacaq".

Qeyd edək ki, müxalifətçi Müsavat Partiyası 1992-ci ildə yaradılıb və hazırda 5 deputatla parlamentdə təmsil olunur. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti