...

Azərbaycan prezidenti AŞPA-nın siyasi məsələlər üzrə komitəsinin sədrini qəbul edib

Siyasət Materials 11 Dekabr 2006 16:32 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının siyasi məsələlər üzrə komitəsinin sədri Əbdülqədir Atəşi qəbul edib. Bu barədə Trend xəbər verir.

Görüş zamanı Ə.Atəş bildirib ki, AŞPA-nın siyasi məsələlər üzrə komitəsinin ilk dəfə Bakıda keçirilən iclasında iştirak etmək üçün Bakıya gəlib. O məmnuniyyətlə qeyd edib ki, iclas məhz onun komitə sədri olduğu dövrdə keçirilir.

Azərbaycan prezidenti AŞPA komitəsinin növbəti iclasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycanın siyasi, iqtisadi və digər sahələrdə əldə etdiyi uğurlara toxunaraq prezident ölkənin sonrakı inkişafına əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti