...

Deputat Elmira Axundova: "Azərbaycanın iradlarından sonra Leo Platvoet məruzəsində bir sıra dəyişikliklər edib"

Siyasət Materials 12 Dekabr 2006 19:33 (UTC +04:00)
Deputat Elmira Axundova: "Azərbaycanın iradlarından sonra Leo Platvoet məruzəsində bir sıra dəyişikliklər edib"

Dekabrın 11-də Parisdə Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məskunlaşma üzrə Alt Komitəsinin iclası keçirilib. Bu bərədə Trend ə eksklüziv olaraq Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Elmira Axundova məlumat verib.

Onun sözlərinə görə, iclasda niderlantlı deputat Leo Platvoetin Cənubi Qafqazda itkin düşən, əsir və girov götürülən şəxslərin sonrakı taleyi ilə bağlı hazırladığı məruzə müzakirə olunub.

"Azərbaycanın iradlarından sonra Leo Platvoet hazırladığı məruzəni yenidən işləyib. Məruzəyə Azərbaycanın xeyrinə olan bir sıra məsələlər daxil edilib. Bundan başqa, bir sıra texniki xarakter daşıyan və daşımayan məsələlərə düzəlişlər edilib. İclasda Azərbaycanı təmsil edən millət vəkili Aydın Mirzəzadə bir sıra təkliflər irəli sürüb."

E.Axundova qeyd edib ki, düzəlişlərdən sonra Leo Platvoetin hazırladığı məruzə balanslaşdırılmış və obyektiv bir məruzəyə çevrilib.

Xatırladaq ki, L.Platvoetin məruzəsinin ilkin variantı Azərbaycan tərəfini qane etmirdi.

Xəbər lenti

Xəbər lenti