...

Səfir: Azərbaycanla İran arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı məsələ hələ də aktual olaraq qalır

Siyasət Materials 21 Dekabr 2006 18:15 (UTC +04:00)

Azərbaycanla İran arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı məsələ hələ də aktual olaraq qalır. Trend xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Əfşar Süleymani bildirib.

Onun sözlərinə görə, bu təşəbbüslə İran tərəfi çıxış edib və Azərbaycan hökumətinə təqdim edib. Məsələyə hələ baxılır. Diplomat bildirib: "Bizim tərəfimizdən bu məsələdə heç bir problem yoxdur. Biz məsələni həll etməyə və iki ölkə vətəndaşlarının hər iki tərəfə problemsiz gediş-gəlişini təmin etməyə hazırıq".

O, Azərbaycanla İran arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasına bu məsələnin salınmasını istisna etməyib.

Xəbər lenti

Xəbər lenti