...

Gəncədə çoxmərtəbəli binaların fasadlarına plastik örtük çəkiləcək

Siyasət Materials 22 Dekabr 2006 12:51 (UTC +04:00)

Gəncədə çoxmərtəbəli binaların fasadlarına plastik örtük çəkiləcək. Bu barədə məlumatı Trendə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin baş mühəndisi Zahid Məmmədov verib. Onun sözlərinə görə, ilkin mərhələdə şəhərin Şah İsmayıl Xətai prospektindəki 4 binada təmir işləri aparılacaq.

Müsahib qeyd edib ki, plastik örtük təxminən 2500 m2 fasada çəkiləcək. Örtüyün hər m2 -nin qiymti 100 ABŞ dolları məbləğindədəir. Z.Məmmədov qeyd edib ki, işlərin görülməsi üçün lazım olan material Türkiyədən alınacaq. İşlər dövlət vəsaiti hesabına aparılaraq tenderdə qalib gələn təşkilata həvalə olunacaq.

Xəbər lenti

Xəbər lenti