...

Prezident Aparatının şöbə müdiri: Azərbaycan müxalifəti sıralarında radikal qruplar konstruktivizmə getməyə məcbur olacaqlar

Siyasət Materials 22 Dekabr 2006 17:58 (UTC +04:00)

"Bütün dünya, eləcə də Azərbaycan ictimaiyyəti bilir ki, radikalizmlə heç nəyə nail olmaq olmaz və onlar öz tərəfdarlarını qorumaq üçün bu konstruktivizmə getməyə məcbur olacaqlar". Bu barədə Trend ə Prezident Aparatı ictimai-siyasi şöbə müdiri Əli Həsənov Azərbaycan daxilindəki siyasi qüvvələr arasında siyasi dialoq yaradılması üçün beynəlxalq strukturların mütəmadi müdaxilələrini şərh edərkən bildirib.

Ə.Həsənov ətəssüflə bildirib ki, Azərbaycan müxalifətinin hələ müəyyən bir hissəsi dialoqa meyilli deyil. Onlar radikalizmə meyillidir.

O həmçinin əlavə edib ki, hökumətlə müxalifət arasında dialoq realdır və Azərbaycan prezidentinin tənqidi bu dialoqu istisna etmir. Ə.Həsənov qeyd edib ki, həm müxalifət, həm də hökumət öz qüsurlarını görməlidir. O vurğulayıb ki, 1992-ci ildən etibarən Azərbaycanda müxalifət inkişaf etməyib və dünyada gedən demokratikləşmə prosesləri Azərbaycanın müxalfiət partiyalarının üzvlərindən yan keçib.

O deyib: "Biz düşünürük ki, müxalifət partiyaları öz strukturunu, idarəetmə sistemini, fəaliyyətini demokratik modellərə uyğunlaşdırmalı, avtoritar meyilləri demokratik axara çevirməlidirlər".

Xəbər lenti

Xəbər lenti