...

ATƏT koordinatoru: "Azərbaycanın işğal olunmuş ərazilərində yanğınlar barədə hesabat BMT və ATƏT ölkələrinə paylanıb"

Siyasət Materials 11 Yanvar 2007 13:24 (UTC +04:00)
ATƏT koordinatoru: "Azərbaycanın işğal olunmuş ərazilərində yanğınlar barədə hesabat BMT və ATƏT ölkələrinə paylanıb"

Azərbaycanın işğal olunmuş ərazilərində yanğınları tədqiq edən ekoloji missiyanın hesabatı ATƏT sədrinə təqdim edilib. Bu barədə Trend ə ATƏT-in iqtisadiyyat və ekologiya məsələləri üzrə koordinatoru, həmin ərazilərdə monitorinqi həyata keçiriən heyətə rəhbərlik etmiş Bernard Snou (Bernard Snoy) bildirib.

O qeyd edib ki, keçən il noyabrın 28-də hesabat ATƏT-in o vaxtkı rəhbərinə, İspaniyanın xarici işlər naziri Karl de Quxta (Karel De Gucht) təqdim edilib. Noyabrın 29-da bu hesabat ATƏT-də Belçikanın daimi nümayəndəsi və ATƏT Daimi Şurasının rəhbəri, səfir Bertrand de Kombruqq (Bertrand de Crombrugghe) tərəfindən ATƏT-in üzv ölkələrinin bütün nümayəndə heyətlərinin başçılarına təqdim edilib.

B.Snou həmiçinin bildirib ki, Karl de Quxt 2006-cı il dekabrın 19-da həmin hesabatı BMT Baş Assambleyasının üzvü olan ölkələr arasında yaymaq xahişi ilə BMT-nin baş katibi Kofi Annana da təqdim edib.

Xəbər lenti

Xəbər lenti