...

Azərbaycan, Gürcüstan və Türkiyə Qars-Axalkalaki-Tiflis-Bakı dəmiryolu tikintisi layihəsi barədə saziş imzalamağı təxirə salıblar

Siyasət Materials 12 Yanvar 2007 16:29 (UTC +04:00)
Azərbaycan, Gürcüstan və Türkiyə Qars-Axalkalaki-Tiflis-Bakı dəmiryolu tikintisi layihəsi barədə saziş imzalamağı təxirə salıblar

Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat nazirlərinin yanvarın 12-13-də Tiflisdəki görüşündə Qars-Axalkalaki-Tiflis dəmiryolu tikintisi layihəsi üzrə sazişin imzalanacağı nəzərdə tutulmur.

Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyevin Trend ə verdiyi eksklüziv xəbərə görə, tərəflər arasında saziş barədə yekun razılaşmalardan sonra sənəd nəzərdən keçirmək və təsdiqlənmək üçün ölkə rəhbərliyinə təqdim olunacaq.

"Tiflisdəki görüşdə məsələlərin əksəriyyəti artıq razılaşdırılıb. Sabah danışıqlar davam edəcək"-deyə səfir xəbər verib.

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov söyləyib ki, Azərbaycan layihədəki 200 mln. dollar ölçüsündə öz payını tamamilə maliyyələşdirməyə hazırdır.

2006-cı ilin 13 oktyabrında Qars-Axalkalaki-Bakı layihəsinin həyata keçirilməsi üzrə üçtərəfli işçi qrupun Bakıda keçirdiyi iclasda Azərbaycan, Türkiyə və Gürcüstan arasında kredit razılaşması və dəmiryolu tikintisi üçün sahə ayrılması barədə Gürcüstan tərəfin öhdəlikləri sazişi layihəsi nəzərdən keçirilib. Layihə 422 mln. dolar məbləğində, infrastrukturun hesablanması ilə isə 600 mln dollar qiymətləndirilir.

ABŞ administrasiyası amerikan şirkətlərinə layihənin maliyyələşməsində iştirak etməyi qadağan edib. Qars-Axalkalaki-Bakı dəmiryolu xətti tikintisi layihəsi üzrə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli deklarasiyası 2005-ci ilin mayında Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri arasında imzalanıb.

Xəbər lenti

Xəbər lenti