...

Avropa Birliyinin yeni başçısı: Keçmiş sovet ölkələrində dondurulmuş münaqişələr məsələsində çıxılmaz vəziyyətin yaranmasına yol vermək olmaz

Siyasət Materials 18 Yanvar 2007 16:49 (UTC +04:00)
Avropa Birliyinin yeni başçısı: Keçmiş sovet ölkələrində dondurulmuş münaqişələr məsələsində çıxılmaz vəziyyətin yaranmasına yol vermək olmaz

ATƏT-ə üzv olan ölkələr keçmiş sovet ölkələrində dondurulmuş münaqişələr məsələsində çıxılmaz vəziyyətin yaranmasına yol verməməlidirlər. Trend xəbər verir ki, bu barədə bu gün Avropa Birliyinin yeni başçısı, Almaniyanın xarici işlər naziri Frank Valter Ştanmayer (Frank-Walter Steinmeier) ATƏT-in daimi şurası qarşısında çıxış edərkən bəyan edib.

"Biz tərəfləri ATƏT-in vasitəçiliyini qəbul etməyə və bunu imkan kimi qiymətləndirməyə çağırırıq. Konstruktiv dialoqa hazır olan tərəfə Avropa Birliyi əlindən gələn dəstəyi göstərəcək", - deyə o qeyd edib.

Nazir vurğulayıb ki, İspaniyanın sədrliyi altında ATƏT rəhbərliyi daha yüksək siyasi profilli təşkilatların təmin olunması mövqeyinə əsaslanır və Avropa Birliyi bu istiqamətdə əməkdaşlıq etməyə hazırdır. O bəyan edib ki, ATƏT təşkilatın ümumi dəyərləri, norma və standartlarına əsaslanan dialoqu intensivləşdirməlidir.

O həmçinin qeyd edib ki, ATƏT Avropanın inteqrasiyasında mühüm rol oynayır və dünyanın digər bölgələri üçün etimad modelinin yaradılması üçün tədbirlər görür, lakin təşkilatın üzv-ölkələri dialoq vasitəsilə təhlükəsizlik və sabitliyə nail olmaq üçün daha çox işləməlidirlər. Nazir vurğulayıb ki, Avropa Birliyi və ATƏT Mərkəzi Asiya və Kosovoda birlikdə işləməlidirlər.

Xəbər lenti

Xəbər lenti