...

Azərbaycan XİN: Yalnız Dağlıq Qarabağ münaqişəsi nizamlandıqdan sonra Ermənistan regional layihələrdə iştirak etmək imkanı əldə edəcək

Siyasət Materials 18 Yanvar 2007 17:48 (UTC +04:00)
Azərbaycan XİN: Yalnız Dağlıq Qarabağ münaqişəsi nizamlandıqdan sonra Ermənistan regional layihələrdə iştirak etmək imkanı əldə edəcək

Yalnız münaqişə nizamlandıqdan sonra Azərbaycan Ermənistanla olan münasibətlərinin normallaşdırılması məsələsini nəzərdən keçirməyə hazır olacaq, bu isə Ermənistanın bölgədəki çoxtərəfli layihələrdə iştirakını da mümkün edir. Bu barədə Trend ə Azərbaycan XİN informasiya siyasəti və mətbuat idarəsinin rəisi Tahir Tağızadə məlumat verib. O, Ermənistan xarici işlər nazirinin müavini Qeqam Qaribcanyanın öz ölkəsinin "Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu magistralının tikintisi layihəsinə qoşulmağa" hazır olması haqqında bəyanatına şərh verib.

Bakı-Tbilisi-Axalkalaki-Qars marşrutuna gəlincə isə, T.Tağızadənin sözlərinə görə, o, hamıya məlumdur. "Ermənistanın çoxtərəfli və ikitərəfli inteqrasiya layihələrinə inteqrasiya perspektivlərinə Azərbaycanın münasibəti cəlb olunma yolunda kənar edilə bilməyən yeganə, lakin çox əhəmiyyətli maneə kimi müəyyən olunur. Mən Ermənistanın Azərbaycana qarşı təcavüz faktı, bunun nəticələri və ölkəmizin suveren ərazisinin Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğal olunması faktından danışıram", - deyə T.Tağızadə əlavə edib.

Xatırladaq ki, Qars-Axalkalaki-Tbilisi-Bakı layihəsi 422 milyon ABŞ dolları dəyərində, əlavə infrastrukturu nəzərə almaqla isə - 600 milyon ABŞ dolları dəyərində qiymətləndirilir. Layihənin reallaşdırılması ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə hökümətləri arasında danışıqlar başa çatır.

Xəbər lenti

Xəbər lenti