...

ABŞ sərhədlərə nəzarətin gücləndirilməsində Azərbaycana yardım göstərməyə hazırdır

Siyasət Materials 19 Yanvar 2007 14:44 (UTC +04:00)

ABŞ Azərbaycanın öz sərhədlərinə nəzarət imkanlarının gücləndirilməsində ona yardım göstərməyə hazırdır. Bu barədə Trend ə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə departamentinin başçısı Conatan Henik məlumat verib.

Onun sözlərinə görə, ABŞ Gömrük və sərhəd mühafizəsi xidmətinin beynəlxalq məsələlər üzrə köməkçisinin müavini Odri Adamsın Azərbaycana dördgünlük səfəri buna həsr olunub. Səfər çərçivəsində ABŞ nümayəndələri "Şirvanovka", "Samur", "Bərə" və "İpək yolu" gömrük məntəqələrində olub, eləcə də Azərbaycan Dövlət Gömrük Komitəsi də daxil olmaqla, müxtəlif danışıqlar aparıblar. Azərbaycana gömrük və sərhəd nəzarəti sahəsində texniki yardımın göstərilməsinin imkanları və əməkdaşlığın inkişaf məsələləri müzakirə olunub. C.Henik bildirib ki, bu sahədə ABŞ və Azərbaycan arasında əməkdaşlıq yaxşı səviyyədədir, lakin biz onun daha da gücləndirilməsini istəyirik.

Xəbər lenti

Xəbər lenti