...

Nizami rayon Hərbi Komissarlığı şəhər məktəblərinin birində hərbi güşə təşkil edəcək

Siyasət Materials 24 Yanvar 2007 17:37 (UTC +04:00)

Gənclərin hərbi xidmətdən yayınmasının qarşısının alınması üzrə tədbirlər planına əsasən, Gəncənin Nizami rayon Hərbi Komissarlığının təşəbbüsü ilə şəhərimizdəki orta məktəblərin birində hərbi güşə yaradılacaq. Bu bəradə məlumatı Trendə rayonun hərbi komissarı Bəhmən Nəsibli verib.

B. Nəsiblinin sözlərinə görə, hərbi güşə mart ayına hazır olacaq. "Güşənin yaradılması fikri ötən ildən yaransa da, hansı məktəbdə təşkil olunması məlum deyildi. "Təhsil İdarəsi tərəfindən bir neçə məktəb təklif olunsa da, biz bu təkliflə razı olmadıq. Qərara aldıq ki, hansı təhsil ocağında çağırışa təhkim olunma yüksək səviyyədədirsə, o məktəbdə də hərbi güşə yaradaq".

Nümunəvi hərbi otağın yaradılması üçün lazım olan bütün vəsaitlərin yaxın günlərdə Bakıdan gətiriləcəyini söyləyən B. Nəsibli bildirdi ki, təşkil olunan güşədə əyni vəsaitlər olacaq və bu vəsaitlərin təhlükəsizliyi yüksək səviyyədə təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti