...

Gəncədəki hərbi hissədə zəhərlənən 22 əsgər sağalaraq xidmət yerinə qaytarılıb

Siyasət Materials 26 Yanvar 2007 17:02 (UTC +04:00)

Gəncə hərbi hospitalda zəhərlənmə diaqnozu ilə müalicə alan 22 əsgər sağalaraq hərbi hissəyə qaytarlıb. Bu barədə məlumatı Trendə Hərbi Hospitaldan veriblər.

Mənbədən bildiriblər ki, əsgərələrin səhhəti tam yaxşılaşıb və həkimlər onların hərbi hissəyə qaytarılmasının mümkün olduğunu bildiriblər və bundan sonra onlar hərbi hissəyə qaytarılıb.

Qeyd edək ki, yanvarın 20-də Gəncədə yerləşən "N" saylı hərbi hissədən 22 əsgər zəhərlənmə diaqnozu ilə hərbi hospitala daxil olmuşdu. Onların 18-i infeksiyon şöbədə, 4-ü isə mədə-bağırsaq şöbəsində müalicə alırdı.

Xəbər lenti

Xəbər lenti