...

Avropa Birliyinin gömrük məsələləri komissiyasının başçısı Azərbaycana gələcək

Siyasət Materials 5 Fevral 2007 12:41 (UTC +04:00)

Fevralın 7-də Avropa Birliyinin gömrük məsələləri komissiyasının başçısı Anabella Qarqo Filoli Bakıya gələcək. Bu barədə Avropa Birliyinin Azərbaycandakı koordinatoru, Avropa Haus layihəsinin rəhbəri Volfqanq Şporrer (Wolfgang Sporrer) Trend ə eksklüziv olaraq məlumat verib.

Avropa Birliyinin nümayəndəsi fevralın 7-8-də Azərbaycanın Dövlət Gömrük komitəsinin təşkil etdiyi dərman preparatlarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə beynəlxalq konfransda iştirak edəcək.

Tədbirdə həmçinin ÜGT-nin baş katibi Mişel Dane, ECO iqtisadi əməkdaşlıq təşkilatının (İƏT) baş katibi Xurşid Anvar, Beynəlxalq intellektual mülkiyyət təşkilatının sədr müavini Maykl Keplincer, Ümumdünya səhiyyə təşkilatının regional Avropa bürosu başçısının müavini Nata Menabde və adları çəkilən beynəlxalq təşkilatların başqa rəsmi şəxsləri iştirak edəcək.

Təxminən 100 xarici nümayəndənin dəvət olunduğu seminarda dərman preparatlarının qanunsuz dövriyyəsi ilə mübarizə, ölkələr arasında bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üzrə məsələlər müzakirə ediləcək. Seminarın sponsorları qismində böyük dünya əczaçılıq şirkətləri çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti