...

AMİP fevralın 16-da İranın Bakıda səfirliyinin qarşısında piket keçirəcək

Siyasət Materials 7 Fevral 2007 13:00 (UTC +04:00)

AMİP fevralın 16-da saat 13.00-da İran islam Respublikasının Bakıda səfirliyinin qarşısında piket keçirəcək. Bu barədə Trend ə AMİP-in sədri Ayaz Rüstəmov məlumat verib.

Aksiya ilə bağlı bu gün - fevralın 7-də Bakı Şəhər İcra hakimiyyətinə məktub təqdim olunub. AMİP Güney Azərbaycanda geən milli hərəkata dəstək vermək və milli hərəkatçıların repressiyalara məruz qalmasına etiraz olaraq piket keçirir.

Qeyd edək ki, müxalifəti təmsil edən AMİP-in lideri Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının həmsədridir.

Xəbər lenti

Xəbər lenti