Azərbaycan dünyada parlamentarizm siyasətinin öyrənilməsinə böyük diqqət ayırmalıdır. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan haqları üzrə İnstitutunun direktoru Rövşən Mustafayev Trend ə eksklüziv olaraq məlumat verib.
Politoloqun fikrincə, Azərbaycanın beynəlxalq arenada mövqeyi güclənən kimi bədnam və heç vaxt mövcud olmayan "erməni soyqırımı" yada düşür və hansısa səviyyədə, bu halda ABŞ parlamenti səviyyəsində bu məsələni qaldırmağa cəhd edilir.
R.Mustafayevie qeyd etdiyi kimi, təəssüf ki, Azərbaycan uzun müddət dünyada parlamentarizm vəziyyətinin öyrənilməsinə lazımi diqqət ayırmayıb və buna o qədər də ciddi yanaşmayıb. Politoloq hesab edir ki, Azərbaycan çağırış qəbul edən ölkədən yeni siyasət, yeni çağırış generasiya edən, demək ki, özünə yeni tərəfdaşlar seçən donor-ölkəyə çevrildiyinə görə, güman etmək olar ki, bir çox məsələlər, o cümlədən Dağlıq Qarabağ məsələsi üzrə də beynəlxalq arenada Azərbaycanın mövqeyinin güclənməsi ilə bağlı sistem anlayışlarının müvafiq yenidən qiymətləndirilməsi də baş verəcək.