...

Azərbaycan politoqlarının fikrincə, Rusiya NATO-nun genişlənməsinə mane olmaq imkanına malik deyil

Siyasət Materials 12 Fevral 2007 15:05 (UTC +04:00)

Rusiya NATO-nun genişlənməsi prosesini istəmir, lakin onun genişlənməsinə mane olmaq imkanına malik deyil. Çünki, Rsiyanın bütün keçmiş müttəfiqləri Rusiyadan o qədər narazı idilər ki, onların hamısı NATO-ya can atır. Bu barədə Trend ə təhlükəsizlik üzrə 43-cü Münxen konfransının nəticələrini şərh edərkən ekspert Vəfa Quluzadə bildirib.

V. Quluzadə hesab edir ki, ilk növbədə NATO-ya Şərqi-Avropa ölkələri can atıb və hələ də növbə var. Digər tərəfdən, keçmiş Sovet respublikaları. Pribaltika NATO-ya can atır. Hazırda NATO-ya Gürcüstan, Azərbaycan can atır. Ermənistan da NATO-ya daxil olmaq istəyir, lakin hələlik müxalifət səviyyəsində.

"Məsələ burasındadır ki, Putin bunun qarşısını ala bilər. Qoy Putin ölkəsini daha cəlbedici etsin və onda bu ölkələr ora qaçacaq. İqtisadi, mədəni tərəfdən cəlbedici", deyə ekspert vurğulayıb.

Onun fikrincə, ölkələr məhz indi təhlükəsizlik sisteminə daxil olmalıdılar, bu sistem Rusiyadan müdafiəni təmin edəcək. İlk növbədə, bu Rusiyanın qonşularıdır. Politoloq bildirib ki, əgər Rusiya bu dövlətlərin müstəqilliyinə, geosiyasi mövqeyinə iddialı olmasaydı və özünün keçmiş müstəmləkələrini qaytarmaq istəməsəydi, onda Rusiya ilə heç bir problem olmazdı.

Bu məsələ ilə bağlı fikrini açıqlayan politioloq Rasim Musabəyov Trend ə bildirib ki, bu gün NATO-nun Rusiyanın sərhədlərinə doğru hərəkət etdiyi bir vaxtda nisbətən möhkəmlənmiş Rusiya elitası üçün narazılığa əsas və şərait yaranır.

"Məsələ yalnız NATO-nun Rusiyanın sərhədlərinə doğru genişlənməsi ilə bağlı deyil. Məsələ burasındadır ki, Rusiyanın sərhəd perimetrinə yaxın yerləşən dövlətlər Rusiyanın niyyətindən qorunmaq üçün NATO-nu arzulayırlar. Ekspert hesab edir ki, burada yalnız NATO-nu günahlandırmaq lazım deyil, qonşu olan ərazilərdə separatizmi alovlandıran və himayə edən öz siyasətini də günahlandırmaq lazımdır".

Xəbər lenti

Xəbər lenti