...

Azərbaycan Dövlət Neft Şirktəti öz qazının Gürcüstana tədarükünün fevral planına başlayıb

Siyasət Materials 13 Fevral 2007 13:13 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirktəti öz qazının Gürcüstana tədarükünün fevral planına başlayıb

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu gündən başlayaraq öz qazının Gürcüstana tədarükünün fevral planına başlayıb. Bu barədə Trend ə çərşənbə axşamı "Azəriqaz" QSC prezidenti Əlixan Məlikov bildirib.

Azərbaycan 2007-ci ilin birinci rübündə Gürcüstana hər ayın 10 günü ərzində sütkada 3 mln. m3 qaz tədarük edəcək. Yanvar ayında Gürcüstana 30 mln. kub metr qaz tədarük edilib.

Gürcüstan üçün qazın dəyəri 1 min kub metri 120 dollar təşkil edir.

Bundan başqa, Azərbaycan bü il Gürüctana "Şahdəniz" qaz kondensatı yatağından da qaz tədarük edəcək. Gürcüstanın alacağı qaz həcmi 1000 kub metri 63 dollardan 250 mln. kub metr təşkil edəcək. Əlavə qaz həcmi və qiymətləri danışıqların predmetini təşki edir.

Xəbər lenti

Xəbər lenti