...

Səfir: Xəzərin hüquqi statusu ilə bağlı vahid bəyanatın yekun mətni fevralın 27-28-də Tehranda razılaşdırılacaq

Siyasət Materials 14 Fevral 2007 17:14 (UTC +04:00)
Səfir: Xəzərin hüquqi statusu ilə bağlı vahid bəyanatın yekun mətni fevralın 27-28-də Tehranda razılaşdırılacaq

Dövlət başçılarının Xəzər sammitində imzalanması planlaşdırılan Xəzərin hüquqi statusu ilə bağlı vahid bəyanatın yekun mətni Azərbaycan, İran, Rusiya, Türkmənistan və Qazaxıstan xarici işlər nazirləri müavinlərinin fevralın 27-28-də Tehranda keçiriləcək növbəti görüşündə razılaşdırılacaq.

Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov Trend ə bildirib ki, bu sənəd artıq bir neçə dəfə 5 ölkənin ekspertlərinin görüşündə müzakirə edilib. Bundan başqa, Türkmənistan prezidentinin seçilməsi Xəzəryanı ölkə başçılarının sammitinin yaxın vaxtlarda keçirilməsi ehtimalını artırır, lakin dəqiq keçirilmə tarixi hələ təyin edilməyib.

Xəbər lenti

Xəbər lenti