...

Azərbaycan Rabitə Nazirliyi C e BIT-2007- də iştirak edəcək

Siyasət Materials 22 Fevral 2007 16:45 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Azərbaycan 15-21 mart tarixində Hannoverdə keçiriləcək IT texnologiyalarının CeBIT-2007 illik beynəlxalq sərgisində iştirak edəcək. Nazirliyin beynəlxalq əlaqələr və qeyri-dövlət təşkilatları ilə iş üzrə şöbə müdiri Ayaz Bayramovun məlumatına əsasən, tədbirdə nazirliyin beynəlxalq əlaqələr və hesablama mərkəzinin direktoru Cəlil Cəfərovun iştirakı gözlənilir.

2007-ci ildə Azərbaycan müşahidəçi qismində iştirak edəcək. Ötən il sərgidə rabitə nazirinin müavini İltimas Məmmədovun rəhbərliyi altında nümayəndə heyəti və IT şirkətlər - Sinam, Aztelekom, AtaTexnologiya, Ultra və başqları iştirak edib.

Azərbaycana sərgidə stendinin yerləşdirilməsi üçün 100 kvadrat metr meydan ayrılıb. 2007-ci ildə sərgidə dünyanın təxminən 70 ölkəsindən 6 min şirkət və təşkilatın təqdim olunması gözlənilir.

Xəbər lenti

Xəbər lenti