...

Fövqəladə Hallar Nazirliyi bir neçə rayona növbəti yardım göndərib

Siyasət Materials 3 Mart 2007 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend K.Zərbalııyeva/Təbii fəlakət nəticəsində dəyən ziyanın aradan qaldırılması məqsədilə martın 3-də Fövqəladə Hallar Nazirliyi növbəti yardm karvanını respublikanın Ağdam, Bərdə, Ağcabədi, Tərtər, Yevlax, Göyçay, Ucar, Zərdab rayonlarına yola salıb. Bu karvanla, nazirliyin ehtiyat fondu hesabına alınan 8000 ədəd şifer, 2000 kvadrat metr pəncərə şüşəsi, 70 kub metr taxta, 1100 ədəd dəmir vərəq adları çəkilən rayonlara çatdırılacaq.

Fevralın 24-dən 25-ə keçən gecə əsən güclü külək respublikanın bir sıra rayonlarında sosial-ictimai obyektlərə, fərdi yaşayış binalarına ziyan vurub.

Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət müvafiq komissiyaları, yerlərdə güclü küləyin vurduğu ziyanın müəyyənləşdirilməsi işini davam etdirirlər.

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi ziyanın aradan qaldırılması məqsədilə ehtiyat fondu hesabına alınan 3500 ədəd şifer, 2000 kvadrat metr pəncərə şüşəsi, 20 kub metr taxta materiallarından ibarət avtomobil karvanını fevralın 28 - də Lerik, Yardımlı, Masallı, Astara və Lənkəran rayonlarına yola salıb.

Xəbər lenti

Xəbər lenti