...

GUAM milli koordinatorlarının növbəti iclası 4-5 mayda Bakıda keçiriləcək

Siyasət Materials 19 Mart 2007 16:35 (UTC +04:00)

Ukrayna,Kiyev/müxbir Trend Z.Novosvitski/Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın milli koordinatorlarının növbəti iclası 4-5 may tarixində Bakıda keçiriləcək. Bu barədə Trend in xüsusi müxbirinə Ukraynanın xarici işlər nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumat verildiyi kimi, 15-16 mart tarixində GUAM milli koordinatorlarının dördüncü iclası keçirilib. Həmin iclasda bu cür razılıq əldə olunub. Bu, GUAM dövlət başçılarının sammitinə hazırlıq mərhələlərindən biri olacaq. Sammit 2007-ci il iyunun sonunda Bakıda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti