...

122 saylı Xankəndi Dairə Seçki Komissiyasında seçicilərin sayı 4218 nəfərə çatıb

Siyasət Materials 28 Mart 2007 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ 122 saylı Xankəndi Dairə Seçki Komissiyasında seçki siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatıb. DSK sədri Allahverdi Doluxanov bildirib ki, seçki siyahıları dəqiqləşdiriləndən sonra seçicilərin sayı 4218 nəfərə çatıb.

Onun sözlərinə görə, sonuncu siyahıda, o cümlədən parlament seçkilərində Xankəndi dairəsində seçicilərin siyahısı 3280 nəfər olub. Doluxanov onu da deyib ki, erməni seçicilərin siyahıya alınmasına kömək göstərilməsi üçün müvafiq beynəlxalq qurumlara da müraciət olunub.

Xəbər lenti

Xəbər lenti