...

Xəzərin Azərbaycan hissəsində quraşdırılan torlar məhv edilib

Siyasət Materials 4 Aprel 2007 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbəliyeva/ Dövlət Sərhəd Xidmətinin (DSX) sahil mühafizəsi tərəfindən Xəzər dənizində qanunsuz quraşdırılmış torlar bu gün Sumqayıt ərazisində məhv edilib. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi İlham Mehdiyev çərşənbə günü jurnalistlərə bildirib ki, məhv edilənn torlar Xəzərin Azərbaycana məxsus hissəsinin qadağan olunmuş ərazisində quraşdırılan torlardır. Bu torlar su nəqliyyət vasitələrinin marşrutları üzərində və iki mildən artıq sahildən uzaq məsafədə quraşdırılıb.

Mehdiyev bildirib ki, bu torlar bioresursların qorunmasına ziyan vurması ilə yanaşı, üzmə vasitələrinə də ciddi problemlər yaradır. Bu ərazilərdə quraşqdırılmış tor, qarmaq və lövbərlər gəmilərin, katerlərin sualtı mexanizmlərinə dolaşmaqla onları zədələyir. Rəis bildirib ki, bu torların yığışdırılması əməliyyatı son altı ay ərzində daha da fəal aparılıb. DSX-nin katerləri və gəmiləri tərəfindən toplanan qanunsuz balıq ovu üçün istifadə olunan 120 km uzunluğunda tor və digər vasitələr yandırılmaqla və kəsilməklə məhv edilib.

Yanvar-mart aylarında DSX tərəfindən 58 üzmə vasitəsi saxlanılıb və qanunsuz balıq ovu ilə məşğul olduqları üçün barələrində müvafiq tədbirlər görülüb.Keçirilmiş tədbirlər zamanı dənizdə qadağan edilmiş ərazilərdə qurulmuş 120 km balıq ovu vasitələri, 12 min 280 ədəd kalada qırmağı və qarmaqların bərkidilməsi üçün istifadə olunan dəmir parçalardan hazırlanan 100-lərlə lövbə yığılıb.

Xəbər lenti

Xəbər lenti