...

Cənubi Qafqazdakı rusiyalı həmvətənlər aktual məsələlərin həllində səylərini birləşdirəcəklər

Siyasət Materials 13 Aprel 2007 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Hər üç Cənubi Qafqaz ölkəsində yaşayan rusiyalı həmvətənlərin öz problemi var və onlar birgə səylə bunun öhdəsindən gəlmək niyyətindədirlər. Bu barədə qərara cümə günü Bakıda işini bitiriən Rusiyalı həmvətənlərin regional konfransının iştirakçıları gəliblər. Konfransın yekunlarına əsasən təşkil olunmuş mətbuat konfransında Azərbaycandakı rus icmasının sədri, millət vəkili Mixail Zabelin bildirib ki, bu problemlər sırasına rus dilli məktəblərin fəaliyyəti, rus dilli mətbuat nəşrləri, rusdilli əhalinin sosial problemləri və s. daxildir.

Konfrans zamanı həmvətənlər arasında əlaqə yaratmaq üçün informasiya mexanizminin yaradılması, Cənubi Qafqaz ölkələrində rus dili ili çərçivəsində tədbirlərin keçirilməsi təklif olunub.

Zabelin Azərbaycanda rusdilli əhalinin vəziyyətini müsbət qiymətləndirib. "Ölkədə Sovet İttifaqı dövründə mövcud olmuş bütün rus məktəbləri fəaliyyət göstərir, demək olar ki, bütün ali təhsil müəssisələrində rus bölmələri işləyir, rusdilli əhali ölkənin ictimai-siyasi həyatında kifayət qədər fəal iştirak edir", - deyə rus icmasının rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti