...

AŞPA prezidenti ölkənin öhdəlikləri barədə məsələlərin müzakirəsində Azərbaycan nümayəndə heyətinin konstruktiv mövqeyindən məmnundur

Siyasət Materials 16 Aprel 2007 15:58 (UTC +04:00)

Fransa,Strasburq/müxbir Trend E.Məcidli/Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) prezidenti Rene van der Linden Azərbaycanın öhdəlikləri barədə məsələlərin müzakirəsində Azərbaycan nümayəndə heyətinin daimi konstruktiv mövqeyindən məmnundur. Bu barədə bu gün Strasburqda mətbuat konfransında Rene van der Linden Trend in müxbirinin Azərbaycanın təşkilata qəbulu zamanı götürülmüş öhdəliklərin yerinə yetirilməsi ilə bağlı sualını cavablandırarkən bəyan edib.

O, Azərbaycan nümayəndə heyətinin AŞPA ilə və təşkilatın Azərbaycanla əməkdaşlığının vacibliyini vurğulayıb. Bununla yanaşı, prezident AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitsənin həmməruzəçilərinin fikirlərinin vacibliyini və həmməruzəçilərin və nümayəndə heyətinin birgə işinin davam etdirilməsinin zəruriliyini qeyd edib.

Rene van der Linden Azərbaycanda AŞPA sessiyasında müzakirə olunacaq siyasi məhbuslar və azad mətbuatla bağlı müəyyən problemlərin mövcud olmasını qeyd edib. O, "seçkilərlə bağlı müəyyən problemlərin" həlli məqsədilə işlərin davam etdirilməsinin lazımlığını vurğulayıb.

Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlara aid sualı cavablandırarkən prezident bildirib ki, o, problemin tezliklə həllinin tərəfdarıdır. Onun sözlərinə görə, bu məsələ tərəflər arasında danışıqlar yolu ilə həll olunmalıdır.

Xəbər lenti

Xəbər lenti