...

Beyləqan rayon polis şöbəsinin rəisi və rəis müavini işdən azad olunub

Siyasət Materials 18 Aprel 2007 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Beyləqan rayon polis şöbəsinin rəisi və rəis müavini işdən azad olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı bildirilib ki, daxili işlər nazirinin əmri ilə polis rəisi Tərlan Nuriyev, müavini Mürşüd Alıkərimov və şöbənin bir neçə əməkdaşı işdə yol verdikləri nöqsanlara görə tutduqları vəzifədən azad olunub.

Mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov həmin şəxslərin Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilməsi və barələrində cinayət işinin açılması barədə yayılan məlumatları təkzib edib.

Xəbər lenti

Xəbər lenti