...

Milli Məclis İnzibati Xətalar Məcəlləsində dəyişiklik edib

Siyasət Materials 1 May 2007 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanın İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib. Bu barədə qərar Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında qəbul edilib.

İclasda parlamentin hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov bildirib ki, prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində iki dəyişikliyin edilməsini nəzərdə tutan layihəni Milli Məclisə göndərib. Hüseynov qeyd edib ki, bu dəyişikliklər mahiyyət etibarilə Vergilər Məcəlləsində edilmiş əlavə və dəyişikliklərlə bağlıdır.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə Vergi deklorasiyaları anlayışı əlavə olunur, az miqdarda vergidən yayınmaq məqsədilə Vergi deklorasiyasının tərtib edilməsi bu sənədlərin təqdim olunması qaydalarının pozulması kimi qiymətləndirilir və inzibati xəta hesab olunur. İkinci dəyişiklikliyə əsasən, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasını nəzərdə tutan 252-ci maddə İnzibati Xətalar Məcəlləsindən çıxarılıb. Komissiya sədri bildirib ki, bu məsələ artıq Vergilər Məcəlləsində öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti