...

Azərbaycanlılar, gürcülər və almanlar birlikdə inkişaf edirlər

Siyasət Materials 3 May 2007 18:14 (UTC +04:00)

Azərbaycan, Sumqayıt, 3 may/müx.Trendlife Vüqar İmanov/Sumqayıtda ikigünlük "Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq" layihəsinin 3-cü mərhələsinin başlaması münasibəti ilə konfrans öz işinə başlayıb. Bu haqda Trendlife-a Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev xəbər verib.

Konfransın açılışında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Pyer Stankina, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin ölkə üzrə direktoru Frants Hayntsmann, gürcü mütəxəssisləri çıxış edərək bu layihənin böyük əhəmiyyət kəsb etdiyini bildiriblər. Lüdviqshafenli mütəxəssislərin iştirakı ilə Sumqayıtda alman dili mərkəzinin açılması, yeniyetmələr üçün "Etimad" qaynar xəttinin təşkili, Ekologiya parkının yaradılması, şəhərin su təsərrüfatı üzrə kadastrın hazırlanması kimi 18 layihə müvəffəqiyyətlə həyata keçirilib. 3-cü mərhələ 2007-2009-cu illərdə nəzərdə tutulub.

Qeyd edək ki, 2002-ci ildən etibarən icra edilən "Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq" layihəsində Sumqayıt və Lüdviqshafen şəhərlərinin təmsilçiləri ilə yanaşı, Cürcüstanın Tbilisi və Telavi, Almaniyanın Saarbürken və Biberax şəhərlərinin nümayindələri iştirak edəcəklər. Layihə Almaniya Texniki Əməkdaşlıq cəmiyyəti tərəfindən maliyyələşdirilir. Layihə çərçivəsində iqtisadi inkişaf, sosial məsələlər, ekologiya, şəhərsalma, gənclərə iş və digər sahələr üzrə hər üç şəhərdə 60-a yaxın tədbir icrə olunub.

Xəbər lenti

Xəbər lenti