...

Prezident Aparatının şöbə müdiri: "Azərbaycanın Seçki Məcəlləsində ciddi dəyişiklik edilməyəcək"

Siyasət Materials 7 May 2007 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Seçki Məcəlləsində ciddi dəyişiklik edilməyəcək. Bu barədə bazar ertəsi Bakıda Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov məlumat verib.

Prezident Aparatının rəsmisi qeyd edib ki, bir müddət əvvəl məsələ ilə bağlı Azərbaycan hökumətinin nümayəndələri ilə Avropa Şurası Venesiya Komissiyasının ekspertləri arasında müzakirələr aparılıb.

"Hər iki tərəf müəyyən təkliflər irəli sürüb. Bəzi məsələlər üzrə razılaşmalar əldə olunub, bəzi məsələlərlə bağlı növbəti müzakirələr aparılacaq. Bununla bağlı razılıq var. Hesab edirəm ki, ilin sonuna qədər Seçki Məcəlləsi ilə bağlı müzakirələr başa çatacaq. Amma Seçki Məcəlləsində heç bir ciddi, prinsipal dəyişikliklər olmayacaq" - deyə Həsənov əlavə edib.

Onun sözlərinə görə, sənəddə texniki xarakterli dəyişiklik ediləcək, ötən seçkilərdə özünü doğrultmamış müəyyən müddəalar yeni redaksiyada veriləcək.

Xəbər lenti

Xəbər lenti