...

Səfir: "Azərbaycan Qazaxıstanın regionları ilə birbaşa əlaqələrin qurulmasında maraqlıdır"

Siyasət Materials 10 May 2007 12:39 (UTC +04:00)
Səfir: "Azərbaycan Qazaxıstanın regionları ilə birbaşa əlaqələrin qurulmasında maraqlıdır"

Azərbaycan, Bakı /müx. Trend S. Ağayeva/ Azərbaycanla Qazaxıstan regionları arasında birbaşa əlaqələrin qurulması imkanları Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevin cümə günü Qazaxıstanın Mangistauz vilayətinə başlayan səfəri çərçivəsində müzakirə olunacaq. Bu haqda Aktaudan telefon vasitəsilə Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov məlumat verib. Səfirin sözlərinə görə, nümayəndə heyətinə ölkənin 20-dən çox iş adamı daxildir.

Qəndilov bildirib ki, Aktauya səfər zamanı iki ölkənin biznesmenlərinin iştirakı ilə biznes-forumun keçirilməsi nəzərdə tutulur. Mayın 11-də Aktauda həmçinin "Qərbi Qazaxıstanın investisiya imkanları" sərgisi təşkil ediləcək. Bu sərgiyə azərbaycanlı sahibkarlar da qatılacaq.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti vilayət rəhbərliyi ilə bəzi görüşlər keçirəcək. Məqsəd birbaşa iqtisadi əlaqələrin qurulmasına nail olmaqdır.

Xatırladaq ki, nümayəndə heyətinə həmçinin AZPROMO rəhbərliyi daxildir.

Bu, Azərbaycan nümayəndə heyətinin cavab səfəridir. Aprel ayında Mangistauz vilayətinin rəhbəri Krımbek Kuşeqbayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Azərbaycanın iqtisadi inkişaf naziri ilə keçirilən görüşdə iki ölkə arasındakı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Bundan sonra Babayev Qazaxıstana dəvət alıb.

Xəbər lenti

Xəbər lenti